Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərinin yaxınlığında tarixi “Dəm-Dəm” qalasında qanunsuz qazıntı işləri aparılan zaman dinamitlərdən istifadə edilib.
Kult.az xəbər verir ki, bu barədə əyalətin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsi məlumat yayıb.
Bildirilib ki, qazıntı işləri 7 nəfərdən ibarət tarixi əsər qaçaqmalçısı tərəfindən həyata keçirilib.
Partlayıcı maddələrdən istifadə nəticəsində tarixi abidəyə ciddi ziyan dəyib.
Məlumata görə, qaçaqmalçılar saxlanılıb, barələrində cinayət işi açılıb.
Eradan əvvəl 1-ci minilliyə aid olan “Dəm-Dəm” qalası Səfəvilər dövründə Əmirxan Bradot tərəfindən yenidən qurularaq istifadə edilib.
Hazırda baxımsız və qorunmasız qaldığı üçün tarixi abidənin çox hissəsi dağılıb.
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı