Bu, təkcə İsrail və HƏMAS arasında müharibə deyil. İsrail bütün sivil dünya üçün döyüşür. Biz bu şərə qarşı durmaqda qərarlıyıq.
BUTA.TV xəbər verir ki, bu sözləri İsrail Prezidenti İshaq Hersoq dünyadakı yəhudi icmalarına müraciətində deyib.
“Kütləvi qırğınlardan sonra biz bütün dünyada antisemitizmdə dəhşətli artım gördük. Bu fakt antisemitizm və antiisrail əhval-ruhiyyəsi arasında sıx əlaqəni ortaya qoydu”, - o bildirib.
Hersoq “ən yaxşıya” ümid etdiyini də vurğulayıb:
“Bacılar və qardaşlar, Qüdsdəki pəncərəmdən, heç nəyə baxmayaraq, çiçəklənən İsrail görürəm. Mən danışdığım müddətdə oğul və qızlarımız ön cəbhədə hərbi formada bizi qorumaq üçün döyüşür. Bütün israillilər bir-birinə diqqətəlayiq qayğı göstərir. Dünyadakı yəhudi icmaları görünməmiş enerji ilə səfərbər olurlar. Mən dünyanın hər yerindən dəstək və həmrəylik təklifləri alıram”.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır