Amerikalı sahibkar İlon Mask onun yəhudilər haqqında açıqlamaları ilə bağlı qalmaqal fonunda X sosial şəbəkəsinə qarşı çıxan bütün təşkilatları “termonüvə” iddiası ilə təhdid edib.
BUTA.TV xəbər verir ki, bu barədə mediada məlumat yayılıb. Qeyd edək ki, "Disney", "Warner Bros. Discovery", "Paramount", "Sony Pictures" və bir sıra digər iri şirkət İlon Maska məxsus X sosial şəbəkəsində öz reklamlarını yerləşdirməkdən imtina ediblər. Bu, milyarderin Yaxın Şərq münaqişəsində İsrailə qarşı mənfi mövqeyini vurğuladığı bəyanatlarından sonra baş verib. Mask eyni zamanda bildirib ki, onun platformasında istənilən etnik qrupa qarşı soyqırım çağırışları bloklanmaqla cəzalandırılacaq.
Xatırladaq ki, məşhur milyarder İlon Mask X sosial şəbəkəsində yəhudilərin ağdərililərə qarşı nifrəti qızışdırdığını iddia edən bir yazı ilə razılaşdıqdan sonra qalmaqal böyüyüb.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır