Avro-2024-ün seçmə mərhələsində bu gün IX tura yekun vurulacaq.
BUTA.TV xəbər verir ki, daha 3 qrupda ümumilikdə 7 oyun keçiriləcək.
4 komanda son tur ərəfəsində final mərhələsinə vəsiqəni rəsmiləşdirə bilər. B qrupunda Niderland evdə İrlandiyadan 3 xal alarsa, hədəfinə çatacaq.
D qrupunda Uels və Latviyanın qalibiyyəti təqdirində birincilər final mərhələsində iştirak hüququna yiyələnəcəklər.
İ qrupunda isə Rumıniya İsrailə uduzmasa, digər qarşılaşmaların nəticəsindən asılı olmayaraq, Rumıniya və İsveçrə Almaniyadakı qitə birinciliyinə bilet ala biləcəklər.
Qeyd edək ki, Fransa və Türkiyə final mərhələsinə vəsiqəni öncədən təmin ediblər.
Avro-2024-ün seçmə mərhələsi
18 noyabr
B qrupu
23:45. Fransa – Cəbəllütariq
23:45. Niderland – İrlandiya
Xal durumu: Fransa – 18 xal, Niderland – 12, Yunanıstan – 12, İrlandiya – 6, Cəbəllütariq – 0
D qrupu
18:00. Ermənistan – Uels
21:00. Latviya – Xorvatiya
Xal durumu: Türkiyə -16, Uels – 10, Xorvatiya – 10, Ermənistan – 7, Latviya – 3
İ qrupu
21:00. Belarus – Andorra
23:45. İsrail – Rumıniya
23:45. İsveçrə - Kosovo
Xal durumu: İsveçrə - 16, Rumıniya – 16, İsrail – 12, Kosovo – 10, Belarus – 6, Andorra - 2
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır