Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Yeni klinika tibb müəssisəsinin direktor müavini vəzifəsinə yeni təyinat olub.
Bu barədə BUTA.TV-a klinikadan məlumat verilib.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmrinə əsasən, Gülnar Nuriyeva tibb müəssisəsinin direktor müavini və Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin rəhbəri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Gülnar Nuriyeva 2001-2007-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetimdə təhsil alıb. 2007-2008-ci ildə Onkoloji Klinikada internatura keçən Gülnar Nuriyeva daha sonra 2012-2016-cı illərdə Türkiyə Cümhuriyyətinin Dokuz Eylül Universitetinin Ginekologiya və Mamalıq Kafedrası - Tibb Fakültəsində uzmanlıq keçib.
Əmək fəaliyyətinə 2012-2016-cı illərdə Türkiyə Cümhuriyyətinin Dokuz Eylül Xəstəxanasında başlayan həkim mama-ginekoloq daha sonra qadın xəstəlikləri və doğum uzmanı olaraq Türkiyənin İğdır şəhərində Özel Bulut Xəstəxanasında çalışıb. 2018-2021-ci illərdə “Fellowship” təqaüd proqramı ilə Hadassah Universiteti Xəstəxanasının Ginekologiya şöbəsinin Ekstrakorporal mayalanma bölməsində təhsil aldığı müddətdə həmin şöbədə fəaliyyət göstərib.
2021-2022-ci illərdə Bakı Sağlamlıq Mərkəzində Doğum Şöbəsinin müdiri olan Gülnar Nuriyeva daha sonra Uniklinika və Mərkəzi Gömrük Hospitalda həkim-ginekoloq olaraq çalışıb.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır