Açıq və dəqiq şəkildə danışmağı sevirəm. 7 oktyabr tarixindən başlanğıc olaraq bəhs edilir, ondan sonrakı proseslər heç müzakirə edilib. 13 min fələstinli uşaq, qadın və yaşlı təəssüf ki, öldürülüb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan alman həmkarı Frank Valter-Ştaynmayerlə görüşündən sonra mediaya açıqlamasında deyib.
“Hazırda İsraildə nüvə silahı varmı? Var! Amma İsraildən soruşsanız “var” deməz. Çünki onlar yalandan çox yaxşı istifadə edirlər. Artıq demək olar ki, Qəzza deyə bir yer qalmayıb. Hər tərəf yerlə-yeksan olub.
Əgər əlimiz, qolumuz, dilimiz bağlı qalarsa, bunun hesabını tarixə verə bilmərik”.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır