Rusiyada keçirilən erməni toylarının birində azərbaycanlı aşpazın hərəkəti erməniləri qorxuya salıb.
BUTA.TV bizim.media-ya istinadən bildirir ki, buna səbəb 22 oktyabr tarixində Moskvada "Triumf" restoranında erməni toyunda aşpaz Qədir İsgəndərzadənin şah plovu məclisə geyindiyi uniformanın qol hissəsində Azərbaycanın bayrağını əks etdirən xəritə ilə təqdim etməsi olub. Həmin an çəkilən görüntülər sosial şəbəkədə yayılaraq erməni izləyicilərinin qəzəbinə səbəb olub.
Onlar "Yeni mövsümdə əziz ermənilər, restoran seçərkən ehtiyatlı olun", "Ya xalq olaraq bir araya toplaşmalıyıq, ya da ki, tezliklə heç nə olmamış kimi, Ermənistanda Azərbaycan bayrağı altında Azərbaycan plovu yeyəcəyik" deyə şərhlər yazıblar.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır