Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun qızı işsiz qalıb.
BUTA.TV xəbər verir ki, bu barədə Qaynarinfo.az-a aktyor məlumat verib. O, qızının işsiz qalmasını işlədiyi şirkətin bağlanması ilə izah edib:
“Kinoda olduğu kimi, oğlumu axtarırdım, dostumu tapdım. Oğluma iş tapmamış, qızım da işsiz qaldı. Qızım ali təhsilli ingilis dili mütəxəsisidir. Firmada işləyirdi. İki ay bundan əvvəl şirkətin fəaliyyəti dayanıb. O gündən qızım də işləmir”.
Qeyd edək ki, bir neçə ay bundan öncə Şeyx Əbdülün oğlu Babək Mahmudov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki işindən çıxarılıb. Xalq artisti oğlunun işdən çıxarılmasına görə nazir Sahil Babayevi ittiham edir.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır