Londonda keçirilən Ermənistan və Böyük Britaniya arasında strateji dialoqun ilk görüşünün yekunlarına dair bəyanat yayılıb.
BUTA.TV xəbər verir ki, yayılan bəyanata əsasən, iki ölkə hərbçiləri noyabrın sonunda qərargah danışıqlarının altıncı raundunu keçirməyi planlaşdırır.
Bəyanatda qeyd olunub ki, Ermənistan və Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq ingilis dilini öyrənən erməni hərbi və polis zabitlərinin sayının artması, böyük və kiçik komandanlıq və idarəetmə heyəti üçün Böyük Britaniyada təlim kurslarında yerlərin artırılması inkişaf etdirilir.
Qeyd olunub ki, tərəflər tezliklə hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq haqqında saziş bağlayacaq.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır