Bakıda reper kimi tanınan 1991-ci il təvəllüdlü İbrahim Nəzərli itkin düşüb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, o, noyabrın 9-da, saat 15:00 radələrində, Qaradağ rayonu Sahil qəsəbəsində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Evdən çıxarkən əynində göy rəngli cins şalvar, ağ qara qarışıqlı idman ayaqqabısı, əynində ağ rəngdə kofta, qara papaqlı idman gödəkçəsi olub.
Hadisə ilə bağlı polisə məlumat verilib.
İ.Nəzərlini görən və ya onun barəsində məlumatı olanlardan 050 644 33 15 nömrəli telefona və ya Daxili İşlər Nazirliyinin ‘’102’’ xidməti-zəng mərkəzinə xəbər vermələri xahiş olunur.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır