Beynəlxalq Qızıl Xaç Komitəsinin Qarabağdakı işçi qrupları orada qalan erməni ailələrinə baş çəkərək onların ehtiyaclarını qarşılayır.
BUTA.TV xəbər verir ki, bunu BQXK-nin Ermənistandakı proqram direktoru Zara Amatuni bildirib.
O bildirib ki, Qarabağda qalan ermənilərin dəqiq sayını demək çətindir:
“Bizim komanda Qarabağda qalan insanlarla yerində işləməyə davam edir. Onların dəqiq sayını demək çətindir, ancaq bizim işlədiyimiz şəxslər təxminən 50 nəfərdir. Bunlar fiziki zəiflikləri və sağlamlıq problemləri olan insanlardır. Biz onlarla insana Ermənistandakı qohumları ilə telefon və video zənglər vasitəsilə əlaqə saxlamağa kömək etmişik”, - Amatuni qeyd edib.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır