“Səbail”in futbolçusu Ağabala Ramazanov bu həftə xəstəxanadan evə buraxılacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a paytaxt klubunun Media və Marketinq şöbəsinin rəhbəri Rəşad Məmmədov məlumat verib.
Klub rəsmisinin sözlərinə görə, Azərbaycan Premyer Liqasının XII turunda “Turan Tovuz”la keçirilən oyunda huşunu itirən kapitanın vəziyyəti artıq yaxşıdır:
“Ağabala Ramazanov özünü çox yaxşı hiss edir. Artıq neçə gündür palataya köçürülüb. Çox güman ki, 2-3 gündən sonra evə buraxılacaq. Həkimlər evdə də onun üçün müalicə kursu tətbiq edəcəklər”.
O bildirib ki, hücumçunun məşqlərə başlayacağı tarix xəstəxananı tərk etdikdən sonra qoyulacaq diaqnozdan asılı olacaq.
Qeyd edək ki, Ağabala Ramazanov “Turan Tovuz”la görüşün 45-ci dəqiqəsində rəqiblə toqquşduqdan sonra yerə yıxılaraq hərəkətsiz qalıb. Tibbi heyətin müdaxiləsindən sonra futbolçu xəstəxanaya çatdırılıb. Qarşılaşma “Səbail”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır