Oktyabrın sonunda rəhbərlik səviyyəsində görüşün keçirilməsi planlaşdırılırdı. Ermənistan bu görüşə gəlməyə hazır olduğunu bildirdi, lakin təəssüf ki, baş tutmadı. Ümid edirik ki, bu, yaxın gələcəkdə mümkün olacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Ermənistan Brüsseldə üçtərəfli görüşə və sülhə hazırdır. Biz sülhü bərqərar etmək üçün mandat aldıq. İndi biz istəyirik ki, 4 prinsip əsasında Ermənistanla Azərbaycan arasında sərhəd dəqiqləşdirilsin, Ermənistanın 29 min 800 kvadrat kilometr ərazi bütövlüyü açıq şəkildə təsdiq edilsin, blokadadan azad olunsun.
Bunlar mühüm prinsiplərdir ki, onlar ətrafında danışıqları yekunlaşdırmağa, eləcə də bütün humanitar problemləri həll etməyə hazırıq. Vacib məsələlərdən biri də məhbusların qaytarılması və sülhün bərqərar olmasıdır. Erməni tərəfi bu gündəm üzrə danışıqları davam etdirməyə, Brüsselə səfər etməyə, son nöqtəyə gəlib sülh müqaviləsi bağlamağa hazırdır”, - Qriqoryan bildirib.
Qeyd edək ki, bu gün Paris Sülh Konfransında iştirak edən Baş nazir Paşinyan “3 prinsip” əsasında sülhə hazır olduqlarını bildirmişdi.
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır
- Ər arvadını balta ilə öldürdü
- Tanınmış geoloqun xanımı nazirliyi məhkəməyə verdi
- Sərxoş şəxsin telefonunu və pulunu oğurladı – Anbaan video
- Culfa rayonunda kanaldan meyit tapıldı
- Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq