Ankara Qəzza zolağı ilə bağlı diplomatik səylərində bəzi müsbət siqnallar alır.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Atəşkəs üçün ümidimiz olduğuna görə bu tədbirləri keçiririk. Söhbət 2-2,5 milyon əhalisi olan Qəzzadan gedir. İndiyədək burada 11 minə yaxın uşaq, qadın və qoca fələstinli həlak olub. Bundan əlavə, 25-30 min nəfər yaralanıb. Hazırda bütün nəhəng tikililər dağıdılıb, xarabalığa çevrilib. Bu dağıntıların altında vəziyyət necədir? Gələn xəbərlər təbii ki, fəlakətlidir. Bu dağıntıların təmizlənməsi üçün təbii ki, gərgin iş tələb olunacaq. Bizə elə gəlir ki, diplomatik fəaliyyətimizdə müəyyən müsbət siqnallar alırıq”, - Ərdoğan bildirib.
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır
- Ər arvadını balta ilə öldürdü
- Tanınmış geoloqun xanımı nazirliyi məhkəməyə verdi
- Sərxoş şəxsin telefonunu və pulunu oğurladı – Anbaan video
- Culfa rayonunda kanaldan meyit tapıldı
- Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq