Los-Ancelesdə bir gündə dörd polis məmuru intihar edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Los-Angeles Tayms” Los-Anceles polis rəisinin ofisinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, bu intihar hallarının bir-biri ilə əlaqəli olması barədə məlumat yoxdur.
Hadisədən sonra Los-Anceles polis rəisi Robert Lun əməkdaşlarına müraciət edərək, onları həmkarlarının sağlamlığına diqqət yetirməyə çağırıb:
“Biz bu ölümlərlə bağlı məlumatdan şoka düşdük. Belə çətin anlarda rütbə və vəzifəsindən asılı olmayaraq, əməkdaşların digər həmkarlarının və dostlarının durumunu izləməsi vacibdir”.
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır
- Ər arvadını balta ilə öldürdü
- Tanınmış geoloqun xanımı nazirliyi məhkəməyə verdi
- Sərxoş şəxsin telefonunu və pulunu oğurladı – Anbaan video
- Culfa rayonunda kanaldan meyit tapıldı
- Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq