Masallıda dəhşətli qətl hadisəsi baş verib.
BUTA.TV bildirir ki, qızının evindəki problemi həll etməyə gedən ata onu öldürməkdə şübhəli bilinir. Hadisə səhər saatlarında rayonun 1-ci Yeddioymaq kəndində qeydə alınıb. Kənd sakini 27 yaşlı Salatın Fətullayevanın yaşadığı evdə ölməsinə dair Masallı rayon Prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 54 yaşlı Hüseyn Şükürovun qızı Salatın Fətullayevaya aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Qızın qaynanası bildirib ki, ata və qızı arasında mübahisə olub. Səhər ata onlara qonaq gəlib. Elə hadisədə bu zaman baş verib.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib. Məlum olub ki, ata qızına 17 bıçaq zərbəsi vuraraq, onu qətlə yetirib. Cinayət əməlini törətməkdə şübhəli bilinən qızın atası Hüseyin Şükürov saxlanılıb. Faktla bağlı Masallı rayon prokurorluğunda cinayət işi başlanıb.
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır
- Ər arvadını balta ilə öldürdü
- Tanınmış geoloqun xanımı nazirliyi məhkəməyə verdi
- Sərxoş şəxsin telefonunu və pulunu oğurladı – Anbaan video
- Culfa rayonunda kanaldan meyit tapıldı
- Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq