Xalq artisti Faiq Ağayev açıqlaması ilə gündəmə gəlib.
BUTA.TV xəbər verir ki, “Zəfər günü”nə həsr olunmuş “Elgiz izlə” ictimai-sosial proqramda qonaq olan sənətçi bildirib ki, İkinci Vətən müharibəsi zamanı bir sıra rayonlarımızın işğaldan azad olunması xəbərini tamaşaçılara canlı yayımda oxuyaraq, özü çatdırıb.
“Heç bir müğənni həmkarım o faktı həyatında yaşamadı. Belə ki, İkinci Qarabağ müharibəsi bitməmiş qonşu kanalların birində efirdə idim. Verilişin canlı yayımına təcili xəbərlər gətirildi. O xəbərdə isə hansı rayon və kəndlər azad olunması yazılmışdı.
Xahiş elədim, o rəsmi məlumatı özüm oxudum. Xalqa o məlumatı televiziyada ilk mən çatdırdım. Bu isə mənim üçün həyatımda heç zaman yaddaşımdan silinməyəcək bir hadisə oldu”, - deyə Faiq vurğulayıb.
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır
- Ər arvadını balta ilə öldürdü
- Tanınmış geoloqun xanımı nazirliyi məhkəməyə verdi
- Sərxoş şəxsin telefonunu və pulunu oğurladı – Anbaan video
- Culfa rayonunda kanaldan meyit tapıldı
- Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
- ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başlandı!
- WUF13: Lənkəranda məlumatlandırma sessiyası... - Foto