Bizim Prezidentimiz Ali Baş Komandan İlham Əliyev Xankəndinə bayraq sancdı. Və Xankəndində neçə ildir bizə "Gələrik, Bakını alarıq" deyənlərin qollarını bağlayıb Azərbaycana gətirdi. Mən ona görə Prezident İlham Əliyevə təşəkkür edirəm.
BUTA.TV xəbər verir ki, bu sözləri şəhid general Polad Həşimovun anası Səmayə Həşimova "Mənim oğlum qəhrəmandır" layihəsi çərçivəsində keçirilən Zəfər Günü tədbirində deyib.
Öncə səhnəyə çıxan Birinci Qarabağ Müharibəsi şəhidi Cavanşir Rəhimovun anası Leyla Rəhimova övladının və Birinci Qarabağ savaşının şəhidlərinin qisasını alan Vətən Müharibəsi şəhidlərinin analarına təşəkkür edərək, onların əllərindən öpdüyünü bildirib. Daha sonra təşəkkürünü şəxsən general Polad Həşimovun anası Səmayə xanıma bildirmək üçün onunla bərabər səhnəyə çıxıb və bu mənzərə kövrək anların yaşanmasına səbəb olub.
Səmayə Həşimova öz növbəsində şəhid anaları adından Cənab Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
- Sərxoş şəxsin telefonunu və pulunu oğurladı – Anbaan video
- Culfa rayonunda kanaldan meyit tapıldı
- Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
- ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başlandı!
- WUF13: Lənkəranda məlumatlandırma sessiyası... - Foto
- Bu müəssisənin fəaliyyəti dayandırıldı - Video
- Prezidentin qızları və gəlini İncəsənət Məktəbində - Foto
- Ötən gün həyatını itirən həkimin ölüm səbəbi bilindi