ABŞ Dövlət katibi Entoni Blinken Ankarada danışıqlar zamanı bildirib ki, Qəzza zolağından sakinlərin tam təxliyəsi planı yoxdur və hərbi əməliyyatlarda bir növ fasilə müzakirə oluna bilər.
BUTA.TV xəbər verir ki, bu barədə “Hürriyyət” nəşri yazıb. “Blinkenlə görüş zamanı Türkiyə xarici işlər naziri Hakan Fidan deyib ki, Ankara İsraillə Qəzza arasında tezliklə atəşkəs əldə olunmasını gözləyir. Həmçinin ABŞ-ın tutduğu mövqeyə görə öz beynəlxalq imicinə xələl gətirdiyi xatırladılıb.
Blinken və rəhbərlik etdiyi nümayəndə heyəti mülki şəxslərin ölümlərinin qarşısının alınması və fələstinlilərə humanitar yardımın genişlənməsi üçün səyləri artıracaqlarını bildiriblər. Bundan başqa, ABŞ tərəfi Türkiyəni əmin edib Qəzza sakinlərinin tam köçürülməsi planı yoxdur və hər kəs öz yerində qalacaq”, - nəşr bildrib.
- Ötən gün həyatını itirən həkimin ölüm səbəbi bilindi
- Tovuz sakini dəm qazından boğularaq öldü
- Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı
- "Xruşşovka"lar niyə bahalaşır?
- Azərbaycan hərbçiləri Türkiyədə bunker və mağaralarda... - Video
- Ucuz mebel satışı adı ilə dələduzluq: saxlanılan var - Video
- Tovuzda qadın ərinin məzarı başında öldü
- Sabah hava necə olacaq?