Payızın 2 super ərzağı var, onların qəbulu bir çox xəstəliklər, o cümlədən xərçəngin profilaktikasında rol oynayır.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, həkim Yelena Tixomirova payızda kələm və çuğundur yeməyin vacibliyindən danışıb.
“Bu 2 ucuz tərəvəz antosian-antioksidant tərkiblidir. Sərbəst radikalları zərərsizləşdirir. Sərbəst radikallar hüceyrələrdə bədxassənin aktivləşməsinə səbəb olur. Çuğundur nə qədər tünd olsa, bir o qədər yaxşıdır. Çuğundur həzm sisteminə də yaxşı təsir edir. Qəbizliyi əla aradan qaldırır. Onda həll olan çox miqdarda bitki lifi var. O ki, qaldı kələmə, onda çox miqdarda C vitamini var.
Kələmdə elə maddə var ki, qadınlarda döş xərçənginin qarşısını alır.
Üçüncü vacib ərzaq balqabaqdır. O, orqanizmi A vitamini ilə təmin edir. Hormonal balansı tənzimləyir”, - həkim qeyd edib.
- Ötən gün həyatını itirən həkimin ölüm səbəbi bilindi
- Tovuz sakini dəm qazından boğularaq öldü
- Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı
- "Xruşşovka"lar niyə bahalaşır?
- Azərbaycan hərbçiləri Türkiyədə bunker və mağaralarda... - Video
- Ucuz mebel satışı adı ilə dələduzluq: saxlanılan var - Video
- Tovuzda qadın ərinin məzarı başında öldü
- Sabah hava necə olacaq?