Vaqif Xaçatryan Meşəli hadisələrini törədərkən anlaqlı vəziyyətdə olub və heç bir psixoloji xəstəlik aşkarlanmayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Vaqif Xaçatryan barədə keçirilən məhkəmə psixiatrik ekspertizanın rəyində bildirilib. Rəydə qeyd edilib ki, V.Xaçatryan Meşəli hadisələrində hadisəni törədərkən güclü ruhi əsəb gərginliyi keçirməyib, özünü idarə etmək qabiliyyətində olub.
İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizanın 29 iyul 2023-cü il tarixli 1028 N-li və əlavə məhkəmə-tibbi ekspertizanın 23 avqust 2023-cü il tarixli K/284-2023 N-li rəylərindən görünür ki, Xaçatryan Vaqif Çerkezoviçin məhkəmə-tibbi müayinəsi zamanı sol dirsək çuxuru nahiyəsində dörd ədəd əzilmiş yaraların sağalmış izləri olan köhnə çapıq toxumalar aşkar edilib, həmin xəsarətlər bərk küt əşyanın təsirindən törənib, əmələgəlmə müddəti 3-5 ildən əvvəl yetirilməyə uyğun gəlir, cərrahi tikildikləri üçün sağlamlığa yüngül zərərvurmaya aiddir.
- Ötən gün həyatını itirən həkimin ölüm səbəbi bilindi
- Tovuz sakini dəm qazından boğularaq öldü
- Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı
- "Xruşşovka"lar niyə bahalaşır?
- Azərbaycan hərbçiləri Türkiyədə bunker və mağaralarda... - Video
- Ucuz mebel satışı adı ilə dələduzluq: saxlanılan var - Video
- Tovuzda qadın ərinin məzarı başında öldü
- Sabah hava necə olacaq?