Qazax rayonunun Hüseynbəyli kəndində intihar hadisəsi baş verib.
BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, kənd sakini, Vəkillər Kollegiyasının üzvü, 1980-ci il təvəllüdlü Rüfət Mahmudov intihar edib.
Rüfət Əsəd oğlu Mahmudov Qazax rayonunda vəkillik fəaliyyəti ilə məşğul olurmuş. O, intihar etdiyi gündən bir gün əvvəl işi ilə əlaqədar Zaqatalaya getməli imiş. Lakin Rüfət ora getməyib, növbəti gün isə kənddəki pay torpağında özünü asaraq intihar edib. Ailə üzvləri onun hər hansı problemindən xəbərsiz olduqlarını, intihar səbəbini bilmədiklərini deyiblər.
Rüfət Mahmudov ailəli olub. Onun 2 oğlu, 1 qızı var. Kənd sakinləri onların normal, münaqişəsiz ailə olduqlarını bildiriblər.
Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır.
- Ötən gün həyatını itirən həkimin ölüm səbəbi bilindi
- Tovuz sakini dəm qazından boğularaq öldü
- Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı
- "Xruşşovka"lar niyə bahalaşır?
- Azərbaycan hərbçiləri Türkiyədə bunker və mağaralarda... - Video
- Ucuz mebel satışı adı ilə dələduzluq: saxlanılan var - Video
- Tovuzda qadın ərinin məzarı başında öldü
- Sabah hava necə olacaq?