Ermənistanın Baş naziri Nikol Paşinyan ərazilərin (Qarabağın da daxil olduğu Azərbaycan ərazisi – red.) 1991-ci il sərhədləri daxilində tanınması bəyanatını, görünür, Qərbin təsiri altında verib.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
“O, bəyanatlar verdi ki, biz (İrəvan - red.) əraziləri (Azərbaycanın ərazi bütövlüyünü – red.) 1991-ci ilin xəritəsinə görə tanıyacağıq... O, birbaşa Azərbaycana və Ermənistana məxsus olan ərazilərin adını çəkdi (söhbət 86,6 min kv.km və 29,8 min kv.km rəqəmlərindən gedir – red.). Düşünürəm ki, o, bu etirafları, bəyanatları Qərbin təsiri altında verib. Paşinyan onlarla danışıqlar aparıb”, - Patruşev bildirib.
- Tovuzda qadın ərinin məzarı başında öldü
- Sabah hava necə olacaq?
- Bakıda dəhşətli qəza: maşın iki qadını vurdu - Anbaan video
- AZAL Dubaya uçuşları bərpa edir
- Xətaidə təltif olunan hərbçilərin mükafatları təqdim edildi - Foto
- Prezident təltif etmişdi: cəmi 4 ay sonra faciəli şəkildə öldü
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - Foto
- Metro və avtobuslarda bu cür əyləşənlər həbs olunacaq - Video