ABŞ Rusiyanın müdafiəsini yarmaq üçün Ukraynaya gizli şəkildə bir neçə “Assault Breacher” mühəndis zirehli texnikasını göndərib.
BUTA.TV xəbər verir ki, bu barədə siyasi şərhçi Devid Eks “Forbes”dəki məqaləsində yazıb.
Onun sözlərinə görə, Ukrayna ordusu 6-ya qədər belə maşın əldə edib.
“Verilmiş texnikanın fotosu dünən Prezident Vladimir Zelenskinin ofisinin saytında dərc olunub. Bu texnikalar ABŞ-ın hərbi yardımlar siyahısında qeyd olunmayıb”, - Eks bildirib.
Qeyd edək ki, “Abrams” tankının əsasında yaradılmış 55 tonluq bu maşın müdafiənin yarılması üçün ən universal texnika hesab olunur. İki zirehli maşın effektivliyinə görə bir neçə buldozerə bərabərdir.
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - Foto
- Metro və avtobuslarda bu cür əyləşənlər həbs olunacaq - Video
- Evdən qızılları oğurlayıb satdı, gözəllik salonu açdı
- AZAL Təl-Əvivə uçuşları bərpa edir
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- Aeroport şosesində qəza: sıxlıq yarandı
- Qonaq gəldiyi evdə arı sancdı, öldü
- DYP-dən sürücülərə xəbərdarlıq