Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində fəaliyyət göstərən Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Kəlbəcər rayonunun Qılınclı və Nadirxanlı kəndlərinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərini “Qala Group” MMC (VÖEN – 1601355741) şirkətinə həvalə edib.
Ekonominfo xəbər verir ki, qeyd olunan işlər açıq tender müsabiqəsi keçirilmədən bir mənbədən satınalma üsuli ilə “Qala Group” MMC-yə verilib. Komitə görüləcək işlər üçün MMC-yə 437 min 700 manat ödəyəcək. Məlumat üçün bildirək ki, “Qala Group” MMC2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 110 manat olan MMC-nin təsisçisi Orxan Mustafayevdir.
Orxan Mustafayev Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnsan Hüquqları İnstitutunun keçmiş direktoru, mərhum professor Rövşən Mustafayevlə IV çağırış Milli Məclisin deputatı olmuş Aytən Mustafayevanın oğludur.
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - Foto
- Metro və avtobuslarda bu cür əyləşənlər həbs olunacaq - Video
- Evdən qızılları oğurlayıb satdı, gözəllik salonu açdı
- AZAL Təl-Əvivə uçuşları bərpa edir
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- Aeroport şosesində qəza: sıxlıq yarandı
- Qonaq gəldiyi evdə arı sancdı, öldü
- DYP-dən sürücülərə xəbərdarlıq