İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian və onun suriyalı həmkarı Feysal Mikdad arasında telefon danışığı baş tutub.
BUTA.TV İRNA-ya istinadən xəbər verir ki, nazirlər söhbət zamanı İsrailin Qəzzada dinc əhaliyə qarşı hücumlarını kəskin tənqid ediblər. “Mülki əhalinin qətli, habelə Qəzza zolağında mühüm infrastrukturun genişmiqyaslı məhv edilməsinin nəticələrinə görə məsuliyyət sionist (İsrail) rejim və ABŞ-ın üzərinə düşür”, - iranlı nazir bildirib.
O, Fələstin müqavimət hərəkatı və bölgədəki digər müqavimət qruplarının düşmənlə qarşıdurmaya hazır olduqlarını açıqlayıb.
Mikdad isə öz növbəsində Suriyanın Fələstinə güclü dəstəyinin olduğunu xatırladıb.
Nazir İsraillə qarşıdurmada İslam dünyasının vəhdətinə ehtiyac olduğunu və region ölkələrinin ABŞ və İsrailə qarşı ayıq-sayıq olmasının vacibliyini vurğulayıb.
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - Foto
- Metro və avtobuslarda bu cür əyləşənlər həbs olunacaq - Video
- Evdən qızılları oğurlayıb satdı, gözəllik salonu açdı
- AZAL Təl-Əvivə uçuşları bərpa edir
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- Aeroport şosesində qəza: sıxlıq yarandı
- Qonaq gəldiyi evdə arı sancdı, öldü
- DYP-dən sürücülərə xəbərdarlıq