Özbəkistan Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələri türk dünyası üçün xartiya hazırlamağa çağırır.
BUTA.TV xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şövkət Mirziyayev TDT-nin Astanada keçirilən sammitində deyib.
“Əsas məqsədimiz bütün maneələri birgə və səmərəli şəkildə dəf etmək üçün təşkilat daxilində qarşılıqlı hörmət, etimad və açıqlıq prinsiplərini gücləndirməkdir. Bu baxımdan türk xalqlarının birliyini, ulu keçmişini, zəngin mədəniyyətini, qədim dəyərlərini əks etdirən türk dünyasının xartiyasının hazırlanmasını zəruri hesab edirəm. Təklif edirəm ki, bu nadir simvolik ensiklopediya aparıcı alim və mütəxəssislərinin iştirakı ilə hazırlansın”, - Mirziyayev bildirib.
- “Mersedes”lə “Opel” toqquşdu: Ölən var - Foto
- Xəzərdə zəlzələ oldu
- Məşhur generala professor adı verildi
- Yaxın gələcəkdə: Marsda gəzəcəyik, pul olmayacaq...
- Bir məktəbin iki şagirdi maksimum bal topladı
- ADU-da “Heydər Əliyev və Azərbaycan modeli” konfransı...
- Kirayədə yaşayanlara 300 manat cərimə
- Səhhəti pisləşən Aygün Kazımova konsertini təxirə saldı