Bakı ilə İrəvan arasında gərginliyin aradan qaldırılmasına kömək edəcək istənilən təmasları alqışlayırıq.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan və Ermənistan Baş nazirlərinin Gürcüstanda keçirilən görüşünü şərh edərkən deyib.
“Tərəflərə və bütövlükdə regiona fayda verən hər şeyi alqışlayırıq. Ondan çıxış edirik ki, ikitərəfli münasibətlərin normallaşdırılması üçün yol xəritəsi 2020-2022-ci illər arasında qəbul edilmiş üçtərəfli sazişlər toplusu olaraq qalır. Burada iki ölkə arasında sülh müqaviləsinin imzalanması, nəqliyyatın blokunun açılması və Cənubi Qafqazda iqtisadi əlaqələr, sərhədlərin delimitasiyası və s. yer alır. Yaxın vaxtlarda Moskvada Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazırıq”, - bildirib.
- Məşhur generala professor adı verildi
- Yaxın gələcəkdə: Marsda gəzəcəyik, pul olmayacaq...
- Bir məktəbin iki şagirdi maksimum bal topladı
- ADU-da “Heydər Əliyev və Azərbaycan modeli” konfransı...
- Kirayədə yaşayanlara 300 manat cərimə
- Səhhəti pisləşən Aygün Kazımova konsertini təxirə saldı
- Bakıda 7 marşrutun hərəkət sxemi dəyişdirilir - Səbəb
- DOST Agentliyində işləmək istəyənlərin diqqətinə!