İsrail dünya tarixində ilk dəfə olaraq strateji raketdən müdafiə sistemindən döyüş şəraitində istifadə edib.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, bu, Yəməndən atılan raketin vurulması zamanı baş verib.
“Qırmızı dəniz bölgəsindən İsrail dövlətinə atılan "Yer-yer" tipli “Strela” raketi uzaqmənzilli müdafiə sistemi tərəfindən müvəffəqiyyətlə vurulub. Hərbi Hava Qüvvələrinin aşkarlama sistemləri raketin uçuş trayektoriyasını izləyib və onu maksimum dərəcədə effektiv şəkildə zərərsizləşdirib”, - İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin bəyanatında deyilir.
Məlumata görə, bu gün döyüş şəraitində ilk dəfə istifadə edilən İsrailin "Arrow 3" raketdən müdafiə sistemi ABŞ ilə sıx əməkdaşlıq şəraitində yaradılıb. Sistem 2400 km-ə qədər məsafədə transatmosfer kinetik vuruş prinsipi əsasında işləyir. Standart “Arrow 3” radarı, versiyasından asılı olaraq 500 və ya 900 km-ə qədər məsafədə düşmən hədəfini müəyyən edə bilər.
- Yaxın gələcəkdə: Marsda gəzəcəyik, pul olmayacaq...
- Bir məktəbin iki şagirdi maksimum bal topladı
- ADU-da “Heydər Əliyev və Azərbaycan modeli” konfransı...
- Kirayədə yaşayanlara 300 manat cərimə
- Səhhəti pisləşən Aygün Kazımova konsertini təxirə saldı
- Bakıda 7 marşrutun hərəkət sxemi dəyişdirilir - Səbəb
- DOST Agentliyində işləmək istəyənlərin diqqətinə!
- İsmayıllıda sel suları yolu dağıtdı: 4 kəndlə əlaqə kəsildi