İsrail tankları Qəzzadan geri çəkildi

17:00 - 30 Oktyabr 2023 - GÜNDƏM

 İsrail tankları Qəzzadan geri çəkildi

Qəzza zolağına daxil olan, şimal və cənub bölgələrini birləşdirən əsas yolu bağlayan bir neçə İsrail tankı ərazini tərk edib.

BUTA.TV xəbər verir ki, bu barədə Fələstin hökumətindən məlumat verilib.

“Qəzza zolağının yaşayış məntəqələrində hücum əməliyyatı aparılmır. İsrail tankları iki mülki avtomobilə hücum edib, bundan sonra Fələstin silahlı qrupları onları geri çəkilməyə məcbur edib”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, “Frans Press” agentliyi məlumat yayaraq, İsrail tanklarının Qəzza şəhərinin kənarında göründüyünü, əsas yolun bağlanıldığını bildirmişdi.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol