Kamran Musayev Prezidentin fəxri diplomu ilə təltif edildi

12:34 - 30 Oktyabr 2023 - GÜNDƏM

 Kamran Musayev Prezidentin fəxri diplomu ilə təltif edildi

Azərbaycan Respublikasında səhiyyə sahəsində xidmətlərinə görə Kamran Kazım oğlu Musayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

BUTA.TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, K.Musayev 1973-cü ilin oktyabrın 30-da Qərbi Azərbaycanın Göllü kəndində anadan olub. O, hazırda ürək-damar cərrahı, tibb elmləri doktoru, professor, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədridir.

Bu gün K.Musayevin 50 yaşı tamam olur.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol