Gürcüstan və Qazaxıstan Orta Dəhlizin inkişafı və səmərəliliyinin artırılması ilə bağlı saziş imzalayıb.
BUTA.TV xəbər verir ki, sənəddə dəhliz üzrə infrastrukturun inkişafı və nəqliyyat daşımalarının səmərəliliyinin artırılması istiqamətində yeni tədbirlər müəyyən edilib. Bu, həmçinin dəmir yolunda təhlükəsizliyi artıracaq, qlobal ticarət və nəqliyyatda Gürcüstan və Qazaxıstanın gələcək mövqelərinə müsbət təsir göstərəcək.
Qeyd edilib ki, 2022-2027-ci illər üçün Yol Xəritəsi 2022-ci il noyabrın 25-də Transxəzər Nəqliyyat Dəhlizinin inkişafı məqsədilə Gürcüstan, Qazaxıstan və Azərbaycan nümayəndələri arasında Aktauda keçirilən görüşdə imzalanıb.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevralında Azərbaycan, Qazaxıstan və Gürcüstanın dəniz və dəmir yolu nəqliyyatı sahəsində aparıcı müəssisələrinin iştirakı ilə yaradılıb. Dəhliz marşrutu hazırda Çin sərhədindən başlayaraq, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Avropaya uzanır.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
2022-ci ilin iyununda Türkiyə, Azərbaycan və Qazaxıstanın xarici işlər nazirləri üçtərəfli və regional əməkdaşlığın artırılması, Xəzər dənizi üzərindən Yaxın Şərq-Qərb dəhlizinin potensialının inkişaf etdirilməsi barədə razılığa gəliblər. Türkiyə Gürcüstanın tranzit marşrutunun bir hissəsi kimi dəhlizə daxil edilməsi təşəbbüsü ilə çıxış edib.
- Bir məktəbin iki şagirdi maksimum bal topladı
- ADU-da “Heydər Əliyev və Azərbaycan modeli” konfransı...
- Kirayədə yaşayanlara 300 manat cərimə
- Səhhəti pisləşən Aygün Kazımova konsertini təxirə saldı
- Bakıda 7 marşrutun hərəkət sxemi dəyişdirilir - Səbəb
- DOST Agentliyində işləmək istəyənlərin diqqətinə!
- İsmayıllıda sel suları yolu dağıtdı: 4 kəndlə əlaqə kəsildi
- Partlayışda yaralanan, canı ilə çəkişən həkim haqda mühüm fakt