Kritik informasiya infrastrukturunun siyahısının təsdiq olunması ilə bağlı Nazirlər Kabineti tərəfindən verilmiş tapşırıq icradadır.
BUTA.TV xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov “Critical Infrastructure Defence Challenge 2023” tədbirində çıxışı zamanı bildirib.
“Bununla bağlı biz müraciət etmişik və tapşırıqda qoyulan 30 gün ərzində sorğular cavablandırılmalıdır. Təəssüf ki, 30 gün artıq 90 günə çatıb. Kritik informasiya infrastrukturlarının sahibləri belə obyektləri müəyyən edib göndərməkdə ya çətinlik çəkirlər, ya da ilk təcrübədir deyə normal bir şeydir. Hökumət tərəfindən əsaslandırılmış sənədimiz də var. Bu, ilk təcrübədir və növbəti təcrübədə dəyişikliklərlə daha mükəmməl sənədin hazırlanması gözlənilir. Hər il bu obyektlərin siyahısında dəyişikliklərin gözlənilməsi nəzərdə tutulur”, – deyə Davud Rüstəmov əlavə edib.
- Kirayədə yaşayanlara 300 manat cərimə
- Səhhəti pisləşən Aygün Kazımova konsertini təxirə saldı
- Bakıda 7 marşrutun hərəkət sxemi dəyişdirilir - Səbəb
- DOST Agentliyində işləmək istəyənlərin diqqətinə!
- İsmayıllıda sel suları yolu dağıtdı: 4 kəndlə əlaqə kəsildi
- Partlayışda yaralanan, canı ilə çəkişən həkim haqda mühüm fakt
- Ağdamda ağır qəza: ölənlər var
- Bu marşrut avtobusları yenilənir