Moskva İrəvanla təmasda Ermənistanın Baş naziri Paşinyanın “təhlükəsizlik sahəsində münasibətlərin şaxələndirilməsi” zərurəti haqqında danışarkən nəyi nəzərdə tutduğu barədə məlumat alacağını gözləyir.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz cənab Paşinyanın nədən danışdığını dəqiq başa düşməliyik. Erməni dostlarımızla söhbətimizdə bu məsələ ilə bağlı bütün məlumatları alacağımızı gözləyirik. Və təbii ki, Ermənistanın Rusiya ilə qəzetlər, xüsusən də “Voll Strit Jurnal” vasitəsilə əlaqə saxlaması yaxşı deyil. Ona görə də biz erməni dostlarımızla söhbətimizi, dialoqumuzu davam etdiririk və bundan sonra da davam edəcəyik, bizim çox geniş gündəliyimiz var”, - o bildirib.
Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllində Rusiyanın vasitəçilik roluna gəlincə, o, qeyd edib ki, Moskva Bakı və İrəvanın sülh müqaviləsinin əldə edilməsinə kömək etmək cəhdlərini davam etdirir:
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
“Bu, regionda vəziyyəti sabitləşdirmək və bütün regionda daha müsbət, yaradıcı həyat səviyyəsinə nail olmaq üçün lazımdır”.
Qeyd edək ki, Paşinyan ötən gün Amerikanın “Voll Strit Jurnal” qəzetinə müsahibəsində Ermənistanda olan rus bazalarının ölkəsinə “hansısa üstünlük qazandırdığını müşahidə etmədiyini” və “təhlükəsizlik münasibətlərinin şaxələndirilməsi zərurətinin yarandığını” bildirib.
- Kirayədə yaşayanlara 300 manat cərimə
- Səhhəti pisləşən Aygün Kazımova konsertini təxirə saldı
- Bakıda 7 marşrutun hərəkət sxemi dəyişdirilir - Səbəb
- DOST Agentliyində işləmək istəyənlərin diqqətinə!
- İsmayıllıda sel suları yolu dağıtdı: 4 kəndlə əlaqə kəsildi
- Partlayışda yaralanan, canı ilə çəkişən həkim haqda mühüm fakt
- Ağdamda ağır qəza: ölənlər var
- Bu marşrut avtobusları yenilənir