Oktyabrın 26-sı saat 07 radələrində Tərtər rayonunun Talış kəndi ərazisində 1970-ci il təvəllüdlü Elçin Vəliyevin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə “BUTA.TV”yə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.
Hazırda faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
***
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, oktyabrın 26-da səhər saatlarında Tərtər rayonu Talış kəndi ərazisində əkin təsərrüfatında çalışan traktorçu 1970-ci il təvəllüdlü Nurəliyev Elçin Xanbaba oğlunun minaya düşməsi barədə polisə məlumat daxil olub.
Belə ki, vətəndaş ərazidən çıxarılaraq xəstəxanaya çatdırılıb. Aldığı xəsarətlər nəticəsində onun bir qolu amputasiya edilib.
Hadisə əkin sahəsində iş prosesi vaxtı baş verib.
Araşdırma aparılır.
***
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) Tərtərdəki mina partlayışı ilə bağlı məlumat yayıb.
Bildirilib ki, tank əleyhinə mina partlayışı nəticəsində traktorla əkin işləri aparan traktorçu 1970-ci il təvəllüdlü Cəlilabad rayon sakini Nurəliyev Elçin Xanbala oğlu xəsarət alıb. Xəsarət alan şəxsin sağ qolu amputasiya edilib.
ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli davranmağa, tələb olunan qaydalara riayət etməyə çağırır!
- Kirayədə yaşayanlara 300 manat cərimə
- Səhhəti pisləşən Aygün Kazımova konsertini təxirə saldı
- Bakıda 7 marşrutun hərəkət sxemi dəyişdirilir - Səbəb
- DOST Agentliyində işləmək istəyənlərin diqqətinə!
- İsmayıllıda sel suları yolu dağıtdı: 4 kəndlə əlaqə kəsildi
- Partlayışda yaralanan, canı ilə çəkişən həkim haqda mühüm fakt
- Ağdamda ağır qəza: ölənlər var
- Bu marşrut avtobusları yenilənir