Qəbələdə yolu keçmək istəyən piyadanı maşın vurub. Yol-nəqliyyat hadisəsi Qaraməryəm- İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ şəhər ərazisində keçən hissəsində qeydə alınıb.
BUTA.TV xəbər verir ki, yolu keçmək istəyərkən Zarağan kənd sakini, 43 yaşlı Elnur İsmayılovu maşın vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Qəbələ Rayon Polis Şöbəsində tədqiqat başlanılıb. Qəzanın təfərrüatları araşdırılır.
- Kirayədə yaşayanlara 300 manat cərimə
- Səhhəti pisləşən Aygün Kazımova konsertini təxirə saldı
- Bakıda 7 marşrutun hərəkət sxemi dəyişdirilir - Səbəb
- DOST Agentliyində işləmək istəyənlərin diqqətinə!
- İsmayıllıda sel suları yolu dağıtdı: 4 kəndlə əlaqə kəsildi
- Partlayışda yaralanan, canı ilə çəkişən həkim haqda mühüm fakt
- Ağdamda ağır qəza: ölənlər var
- Bu marşrut avtobusları yenilənir