Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası sənədini imzalayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İmzalanan sənəd ratifikasiya edilməsi üçün Türkiyə Böyük Millət Məclisinə göndərilib.
Qeyd edək ki, İsveç və Finlandiya ötən ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət edib. Finlandiya bu il aprelin 4-də NATO-nun 31-ci üzvü olub. İsveçin müraciəti isə hələ də təsdiqlənməyib.
- İsmayıllıda sel suları yolu dağıtdı: 4 kəndlə əlaqə kəsildi
- "Azərsun Holdinq" cəmiyyətin təşviqinə dəstəyini davam etdirir
- Partlayışda yaralanan, canı ilə çəkişən həkim haqda mühüm fakt
- Ağdamda ağır qəza: ölənlər var
- Bu marşrut avtobusları yenilənir
- 257 saylı məktəbdə nə baş verir? - DİN
- Bayrağımıza hörmətsizlik edən gənc saxlanıldı
- "Azercell" bütün qadınları bu təşəbbüsə qoşulmağa dəvət edir