Əl Qaidə və İŞİD öz tərəfdarlarını İsrail və ABŞ hədəflərinə zərbə endirməyə çağırıb. Bu da Yaxın Şərqdə və ya Qərbdə daha çox yeni terror təcavüzü ehtimalını artırıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Quardian” nəşri məlumat yayıb.
Nəşr yazıb ki, Əl Qaidə HƏMAS-ı İsrailə hücuma görə təbrik edib:
“İsrailin humanitar böhrana və 4500 fələstinlinin ölümünə səbəb olan Qəzzaya hücumu bütün islam dünyasının qəzəbinə səbəb oldu. Ekspertlərin fikrincə, bütün bunlar ekstremist qruplaşmalara imkanlar verir.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
Əl Qaidənin Somalidəki qolu olan “Əş-Şəbab” son bəyanatında bildirib ki, Yaxın Şərqdəki münaqişə sadəcə olaraq Fələstin torpağındakı islam qruplarının yox, həm də bütün müsəlman ümmətinin döyüşüdür. Müsəlmanlar bir araya gələrək yəhudilərə və onların ikiüzlü kafir müttəfiqlərinə qarşı cihadı dəstəkləmək üçün əllərindən gələni etməlidirlər”.
Əl Qaidənin digər qanadları da analoji çıxışlar ediblər.
Qeyd edək ki, Britaniyanın Mİ-5 və ABŞ-ın Federal Təhqiqat Bürosu (FTB) yəhudi icmaları və digər qrupların İran və ya yaraqlılar tərəfindən təhlükə ilə üzləşə biləcəkləri ilə bağlı xəbərdarlıqlar etmişdi.
- Partlayışda yaralanan, canı ilə çəkişən həkim haqda mühüm fakt
- Ağdamda ağır qəza: ölənlər var
- Bu marşrut avtobusları yenilənir
- 257 saylı məktəbdə nə baş verir? - DİN
- Bayrağımıza hörmətsizlik edən gənc saxlanıldı
- "Azercell" bütün qadınları bu təşəbbüsə qoşulmağa dəvət edir
- Tofiq Əsgərova yüksək vəzifə verildi
- “Onkologiya”dakı hadisə nələri üzə çıxartdı?