Qarabağdakı keçmiş separatçı dəstənin keçmiş “rəhbərlərindən” olan, əli azərbaycanlıların qanına batmış Samvel Babayanın hakim Mülki Müqavilə Partiyasının deputatları ilə İrəvan küçələrində görünməsi sosial şəbəkələrin erməni seqmentində müzakirə yaradıb.
BUTA.TV xəbər verir ki, Babayanın hakim partiyadan olan deputatlar Andranik Köçəryan və Qurgen Arsenyanla “həddən artıq” səmimi olması, deyib-gülməsi son günlər baş verən proseslərin arxasında Baş nazir Nikol Paşinyanın dayandığı ehtimalını daha da gücləndirib.
Qeyd edək ki, bundan əvvəl Qarabağdan köçən bir qrup erməni keçmiş qondarma rejimin İrəvandakı “nümayəndəliyi” önündə aksiya keçirmiş, Samvel Şahramanyanı qondarma separatçı-terrorçu rejimi buraxan “fərman”ına görə sorğu-suala çəkmiş, onu təkzibə məcbur etmiş, hətta keçmiş “artsax administrasiyası”nın rəhbəri Karen Şahramanyanı döymüşdü.
Erməni mediası bu prosesin arxasında Samvel Babayanın durduğunu, onu isə Nikol Paşinyanın istifadə etdiyini yazmışdı. Guya bu prosesin “Qarabağdan köçən erməniləri parçalamaq olduğu” iddiası səsləndirilsə də, əslində bununla separatizmi yenidən dirçəltmə cəhdləri edilir.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
- Bayrağımıza hörmətsizlik edən gənc saxlanıldı
- "Azercell" bütün qadınları bu təşəbbüsə qoşulmağa dəvət edir
- Tofiq Əsgərova yüksək vəzifə verildi
- “Onkologiya”dakı hadisə nələri üzə çıxartdı?
- 8 nəfər maksimal bal toplayıb – DİM
- Mehriban Əliyeva İslam Səfərli küçəsindən video paylaşdı
- Buraxılış imtahanının nəticələri elan olundu
- AMB-yə 10-cu baş direktor təyin edildi - Foto