Mütəxəssislər qaynadılmış suyun təhlükəli ola biləcəyini açıqlayıb.
BUTA.TV xəbər verir ki, qaynama suyun kimyəvi tərkibini dəyişir və bəzi hallarda sağlamlığınıza mənfi təsir göstərə bilər. Əksər hallarda bu zərərli deyil. Ancaq çiy sudan fərqli olaraq, maye balansını bərpa etməkdən başqa orqanizmə əlavə fayda vermir.
Su insan orqanizmində mühüm rol oynayır və onun kütləsinin təxminən 80%-ni təşkil edir. Buna görə hər birimizin gündə ən azı iki litr suya ehtiyacı var. Qaynama prosesi suyu virus və bakteriyalardan qorumağa kömək edir. Ancaq bu proses zamanı onun kimyəvi tərkibi dəyişir. Hətta başlanğıcda yüksək keyfiyyətli su dəyişikliklərə məruz qala bilər.
Mütəxəssislər deyirlər ki, təkrar qaynama suyu təmizləmək üçün ən pis üsuldur. Belə ki, su kalsiumla zəngindirsə, onu yenidən qaynatmaq sağlamlıq üçün təhlükəli nəticələrə səbəb ola bilər. Bu, öd kisəsi və böyrək daşlarının meydana gəlməsinə kömək edə bilər, həmçinin artrit və aterosklerozun inkişafına gətirib çıxarır.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
Təkrar qaynadıqdan sonra çay və ya qəhvə də xoşagəlməz bir dad əldə edə bilər. Bu, suyun turşuluq səviyyəsindəki dəyişikliklərlə əlaqədardır.
- Mehriban Əliyeva İslam Səfərli küçəsindən video paylaşdı
- Buraxılış imtahanının nəticələri elan olundu
- AMB-yə 10-cu baş direktor təyin edildi - Foto
- İlham Əliyevin bu görüntüsü diqqət çəkdi - Foto
- Prezidentin oğlu və gəlini açılışda - Foto
- Prezident İslam Səfərli küçəsinin açılışında iştirak etdi
- AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi
- Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı - Video