İranın siyasəti əvvəlki kimi deyil. Bir vaxtlar öz məkrli siyasəti üçün şiələrdən istifadə edirdi. İndi isə məqsədlərinə çatmaq üçün nəinki sünnilərdən, hətta xristianlardan da faydalanmağa çalışır.
Bu sözləri BUTA.TV-a güneyli jurnalist, milli fəal Əli Süleymani İranın şiə olduğu halda sünni məzhəbli HƏMAS-a dəstək verməsi məsələsinə aydınlıq gətirərkən deyib.
İranda yaşayan sünnilərə ağır təzyiqlər göstərildiyini deyən milli fəal xaricdə bu məzhəbin daşıyıcısı olan təşkilatlara Tehranın açıq dəstəyinin səbəblərindən danışıb:
“İran özünü şiələrin hamisi və dəstəkçisi rolunda tanıtmağa səy göstərib. Lakin həmişə öz məqsədləri üçün sünni faktorundan da istifadə edib. İran şiə düşüncəsi ilə hərəkət etsə, HƏMAS-İsrail savaşından kənarda qalmalıdır. Bu isə rejimin siyasətinə uyğun gəlmir. İran HƏMAS-dan güclü bir təşkilat tapa bilməz. Fələstinlilər arasında İran rejiminin siyasətini heç kim dəstəkləmirdi. Tehran bu bölgədə “İslami-Cihad” təşkilatını yaratdı. Lakin qurum özünü doğrultmadı. Belə olan halda İran HƏMAS-la işbirliyinə başlamalı oldu. Çünki HƏMAS Fələstin siyasi dairəsində çox böyük gücə malikdir. Yaxın Şərqdə İsrailin qarşısını kəsməkdə HƏMAS İran üçün ən yaxşı tərəfdaşdır”.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
Süleymani bildirib ki, elə HƏMAS üçün də İranın varlığı çox mühümdür:
“HƏMAS İran kimi dəstəkçisini itirmək istəməz. İran HƏMAS-a hərbi-siyasi və maddi yardımla yanaşı, informasiya dəstəyi də göstərir. HƏMAS üçün İsraillə bağlı vacib məlumatları İran əldə edib, onlara ötürür. İsrailin bir naziri Tehran rejiminə çalışırdı. Sonra İsrail onu həbs etdi”.
- Nərimanovda bu mənzillərin satışı davam edir! - "Kristal"
- Sabirabadda Kür çayı məcrasından çıxdı
- Partlayışda yaralanan həkim dünyasını dəyişdi
- Zakir Fərəcov vətəndaşlarla görüşdü
- Bir qəpik də ödəmədən 117 min kv.metrlik torpaq aldı - Foto
- İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı
- Bu məktəblərdə mərkəzləşdirilmiş imtahanlar keçiriləcək – İlk dəfə
- Şahin Bağırov dövlətə ödənilən 6 milyarddan danışdı