“Qızım Gülər deyir ki, ana universitetdə hamının “Instagram” və “TikTok” sosial şəbəkə platformalarında səhifələri var, amma mənim yoxdur. İcazə ver, mən də orada səhifə açım. Mənə çox lazım olur. Amma mən icazə vermir və həmin sosial şəbəkələrin əleyhinəyəm. Qızımın indiyə kimi nə “Instagram”ı, nə də “TikTok”u var. Ümumiyyətlə, “TikTok”a qarşıyam. Oradan axı nə öyrənmək olar? Kaş “TikTok”u həmişəlik bağlayardılar”.
Buta.tv Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova qonaq olduğu “İncə səhər” verilişində deyib.
O, qızı Gülərə qoyduğu qadağalardan söz açıb.
Əsədova bildirib ki, sosial şəbəkələrə ələyhinə olduğu üçün övladının ora daxil olmasına icazə vermir:
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
“Qızım Gülərin sosial şəbəkələrdə olmasını istəmirəm. Çünki elə şeylərə orada rast gəlinir ki. Düzdür, ona qadağa qoymaqla da istəmirəm qəlbi qırılsın. Gülər artıq böyük qızdır. 18 yaşı var. Amma ona icazə vermirəm. Düşünürəm ki, qızım sosial şəbəkələrə daxil olsa, dərsləri qalacaq kənarda. Uşaqların gözləri telefondan, internetdə olmaqdan zəifləyib. “Instagram”a boş və mənasız girib, baxmaqdansa, dil öyrənsin, çoxlu kitab oxusun. Ona deyirəm ki, qızım kitab oxu”.
- İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı
- Bu məktəblərdə mərkəzləşdirilmiş imtahanlar keçiriləcək – İlk dəfə
- Şahin Bağırov dövlətə ödənilən 6 milyarddan danışdı
- Bayırşəhərdə 106 abidə qorunacaq - Fariz Hüseynli
- Bu mallardan dövlətin xeyrinə imtina oluna bilinəcək
- İrandan 55 kq narkotikin keçirilməsinin qarşısı alındı - Foto
- Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
- NFC ödənişi zamanı hesabdan silinmənin gecikməsi... - Rəsmi