Türkmənistan Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verir və onu daha yüksək səviyyəyə qaldırmağa hazırdır.
BUTA.TV xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov 18 oktyabr Müstəqilliyin Bərpası Günü Münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrikində bildirib.
“Azərbaycan Respublikası sosial-iqtisadi sahədə yeni zirvələrə yüksəlməklə yanaşı, beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində də inamla irəliləyir. Biz Türkmənistan və Azərbaycan Respublikası arasındakı qardaşlıq münasibətlərinə böyük əhəmiyyət veririk. Sizinlə birlikdə Türkmənistan-Azərbaycan əməkdaşlığını daha yüksək səviyyəyə çatdırmaq üçün bundan sonra da səy göstərməyə hazır olduğumu bildirirəm”, - Berdiməhəmmədov bildirib.
Məktubun mətni rəsmi “Neytral Türkmənistan” qəzetində dərc olunub.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
- Cərimə ilə yanaşı, alternativ cəza da tətbiq oluna bilər
- Temperatur 26 dərəcəyə yüksələcək
- Bakıda dünyanın ən mühüm şəhərsalma sərgisi keçiriləcək
- Maaşa dair yeni tələb müəyyənləşir - Son oxunuş
- Prezident onu təltif etdi
- Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
- Bakı Limanında yeni körpü istifadəyə verildi - Foto
- Kanal 21-in təsisçisi saxlanıldı