37 yaşlı amerikalı aktrisa Ember Herdin "Aquaman and the Lost Kingdom" filmində rolu azaldılıb.
Kult.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə qərar filmin prodüserləri tərəfindən verilib.
"Variety Tuesday" nəşrinin yayımladığı açıqlamada məlum olub ki, Herdlə "Aquaman" filmindəki həmkarı Ceyson Momoa arasında problemləri olub. İddiaya görə, çəkiliş meydançasına sərxoş gələn 44 yaşlı Momoa Herdi filmdən kənarlaşdırmağa çalışıb.
Terapevtlə söhbətləri zamanı Herd bildirib ki, Momoa keçmiş əri, amerikalı aktyor Coni Depp kimi geyinərək onu narahat edib.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
"DC Studios"dan verilən açıqlamada isə aktrisanın iddiaları təkzib edilib və bildirib ki, Ceyson Momoa çəkilişlərdə hər zaman peşəkar kimi davranıb.
Xatırladaq ki, bu yaxınlarda Herdin "Aquaman 2" filminin heyətindən uzaqlaşdırılacağı ilə bağlı şayiələr yayılmışdı, lakin onun Deppdən ayrıldıqdan sonra görüşməyə başladığı milyarder İlon Maskın sayəsində filmdəki yerini qoruduğu deyilir.
İddiaya görə, Mask "Uorner Bros" stusiyasına hədələyici məktub göndərib və qeyd edib ki, Herd filmdən uzaqlaşdırılarsa, studiyanı yandıracaq. Lakin Mask, Herd, "Uorner Bros." və "DC Studios"un nümayəndələri bu barədə şərh verməkdən imtina ediblər.
- Cərimə ilə yanaşı, alternativ cəza da tətbiq oluna bilər
- Temperatur 26 dərəcəyə yüksələcək
- Bakıda dünyanın ən mühüm şəhərsalma sərgisi keçiriləcək
- Maaşa dair yeni tələb müəyyənləşir - Son oxunuş
- Prezident onu təltif etdi
- Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
- Bakı Limanında yeni körpü istifadəyə verildi - Foto
- Kanal 21-in təsisçisi saxlanıldı