Kanadadakı səfirliyin lövhəsinə qırmızı boya tökənlərlə İrəvanda Azərbaycan bayrağını yandıranlar eyni inanclı insanlardır – daşnaklardır.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın Baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan daşnakların İrəvanın Kanadadakı səfirliyi qarşısında son aksiyasını şərh edərkən deyib.
“Bir halda bayraq yandıraraq qəhrəman olurlar, başqa bir halda Ermənistan səfirliyinin girişini bağlayaraq Vətəni “xilas” edirlər. Daşnakların bu incə kişilik sənətindən nə ermənilər, nə də Ermənistan heç nə qazanmayıb, bu, sadəcə olaraq, yalançı vətənpərvərlik rolunu oynamaq üçün bir vasitədir. Əlbəttə ki, Kanadanın qaynar guşələrində məskunlaşaraq vətənpərvər rolu oynamaq və səfirliyin girişini bağlamaqla Vətənin xilasını səhnələşdirmək asandır”, - o bildirib.
- Cərimə ilə yanaşı, alternativ cəza da tətbiq oluna bilər
- Temperatur 26 dərəcəyə yüksələcək
- Bakıda dünyanın ən mühüm şəhərsalma sərgisi keçiriləcək
- Maaşa dair yeni tələb müəyyənləşir - Son oxunuş
- Prezident onu təltif etdi
- Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
- Bakı Limanında yeni körpü istifadəyə verildi - Foto
- Kanal 21-in təsisçisi saxlanıldı