Hər zaman müştərilərinin rahatlığını düşünən "Bazarstore" daha bir yeniliyə imza atıb.
Minlərlə çeşiddə məhsulun olduğu sayt bir çox üstünlükləri ilə müştərilərin ürəyincə olacaq.
Belə ki, saytda qeydiyyatdan keçməklə marketlərimizdə olan bütün kampaniya və endirimlərdən yararlana bilərsiniz. Burada həmçinin yalnız sayta özəl xüsusi fürsətlər də var.
Qeyd edək ki, "Bazarstore" mağazalarında bonus toplayıb xərclədiyiniz “Super Kart” saytda da keçərlidir.
Yeniliklərdən biri də odur ki, siz təyinat nöqtənizi seçə və sizə ən yaxın mağazadan çatdırılmanı təmin edə bilərsiniz. Və ən əsası siz irəli tarix üçün sifarişlərinizi planlaya bilərsiniz. Sifarişiniz məhz irəli tarixdə seçdiyiniz gün və saatda ünvanınıza çatdırılacaq.
Məlumat bölməsindən “Sifariş İzləmə”ni seçərək onlayn sifariş zamanı bağlamanızın harada olduğunu izləmək imkanınız olacaq. Endirim və yeniliklərdən dərhal xəbərdar olmaq üçün E-poçt, Vatsap və veb bildiriş sisteminə daxil olmağınız yetərlidir. Rahatlıqla hər hansı sualınızı vermək, təklif və ya iradlarınızı bildirmək istəsəniz Onlayn Chat köməyinizə çatacaqdır. Qeyd edək ki, dil seçimi edərək dörd fərqli dildə saytımızdan istifadə edə
bilərsiniz. Burada həmçinin mağazalar bölməsinə daxil olaraq ünvanlarla tanış ola, “Karyera” bölməsini seçərək “İşə Müraciət Anketi” yarada bilərsiniz. Eyni zamanda bloq yazılarımızı oxuya, müxtəlif mövzular haqqında ipucları əldə edə və ya yemək reseptləri ilə tanış ola bilərsiniz.
Sizə ən yaxın Bazarstore barmağınızın ucunda - https://bazarstore.az/
Qeyd edək ki, 2011-ci ildə “Azərsun Holdinq”in tərkibində yaradılan “Bazarstore” davamlı olaraq təzəlik, keyfiyyət, münasib qiymət, çeşidlilik və xidmətindən güzəştə getməyərək 88 mağazası və 4000-ə
yaxın çalışanı ilə xidmət göstərir.
“Bazarstore” əsas prinsiplərində qeyd olunduğu kimi bu üstün xidmət üçün əl-ələ verib birlikdə
güclənməyin, inkişaf üçün davamlı çalışmağın, müştərini sərvəti bilib sözündə etibarlı olmağın və
məsuliyyətinin fərqindədir.
Bazarstore
PR və Marketinq Departamenti, *1900, www.bazarstore.az, +99412 404 19 70-75 (dax: 4009)
- Məleykə xanım bu xalqdan kimin və nəyin qisasını alır?..
- Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
- 1677 işçi müqaviləsiz çalışıb: 2,5 milyonluq cərimə...
- 13 yaşlı oğlan faciəvi şəkildə öldü
- Leyla və Arzu Əliyevalara "Qurani-Kərim” hədiyyə olundu
- Azad edilən bu ərazilərə növbəti köç karvanı yola salındı
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür