İndiki şəraitdə Qarabağın beynəlxalq səviyyədə tanınmasından danışmaq ya özünü aldatmaqdır, ya da yeni bir nəzəriyyə uyduruma-ictimai aldatmadır.
BUTA.TV xəbər verir ki, bunu Xankəndidəki separatçı Vahram Atanesyan Feysbuk səhifəsində yazıb.
“Əminəm ki, biz ikinci variantla üzləşirik. Belə çıxır ki, Araik Arutyunyan və Samvel Babayan Bakı ilə “danışıqların” aktuallığından və hələlik ortaq razılaşmaların tapılmasının vacibliyindən danışanda “xalq qəbul etmir”. Bəs yeni “hakimiyyət” bu barədə danışmağa başlayanda - onun zatən başqa çıxışı ola bilməz və olmamalıdır da – “xalq” bunu qəbul edəcəkmi?” - o bildirib.
Atanesyan Xankəndidə “hakimiyyət” dəyişikliyinə də münasibət bildirib:
“Hakimiyyət”in dəyişməsi maraqlarına uyğun olanlar insanlara təsir etmək yollarını və üsullarını tapa bilirlər. Məndə olan məlumata görə, bu gün hansısa naməlum “xeyriyyəçi” Xankəndi sakinlərinə pulsuz olaraq 3 kiloqram mal-quzu əti verib. Hamıya yox. Əti Araikin istefası şərəfinə paylayıb. Əgər bu ət var idisə, bəlkə avqustun 29-da insanlara bu əti verməklə onlar üçün bir az fərqli vəziyyət yaratmaq mümkün idi”.
- Bakının 4 rayonunda istinad divarları tikiləcək
- Kənar Dairəvi yolda ağır qəza: ölən var - Anbaan video
- Prezident bunun üçün 85 milyon manatdan artıq vəsait ayırdı
- Fəlsəfə doktoruna yüksək vəzifə verildi
- AAYDA-da 9 vəzifəli şəxs işdən çıxarıldı
- İmişlidə 39 yaşlı qadın facəvi şəkildə öldü
- “Şahdağ” oteli qardaşımındır - Deputat
- Bağça müəllimi bıçağı qızdırıb 3 yaşlı uşağın əlinə basıb? - Video