İkinci Qarabağ müharibəsi sentyabrda başladı, iki il sonra yenə sentyabrda toqquşma baş verdi: hər iki tərəfdən itkilər oldu, yenə eyni ay və yenə sərhəddə atışma qeydə alınıb, düşmən itki verib. Bu o deməkdirmi ki, bəzilərinin proqnozlaşdırdığı kimi, bu ay böyük toqquşmanın şahidi ola bilərik?
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu sərhəd toqquşmaları barədə bildirib.
“Ermənistanın Baş naziri Nikol Paşinyan məntiqlə sərhəddə gərginlik yaratmaqda maraqlı olmamalıdır, çünki növbəti toqquşma yenə onun xeyrinə olmayacaq və yeni itkilər onun hökumətini daha çox laxladacaq. Ancaq Nikol Paşinyanın məntiqi olsaydı, Azərbaycanla sülh sazişinin imzalanmasını ləngitməzdi. Paşinyan və onun nazirləri, əksinə, Qarabağ mövzusunu ön plana çıxarmaqla iki ölkə arasındakı gərginliyin artmasına şərait yaradıblar”, - politoloq qeyd edib.
Şahinoğlu bildirib ki, sərhəddəki son təxribatın başqa məqsədi də var:
“Azərbaycan Qarabağda qayda-qanun yaratmaq istəyində israrlıdır. İrəvan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevın Xankəndi yolunda diplomatlar qarşısında səsləndirdiyi “Qarabağda xaosa imkan verməyəcəyik” və “erməni separatçıları tərksilah olunmalıdır” açıqlamasını anti-terror əməliyyatının anonsu kimi oxuyublar. Doğru anlayıblar. Ermənistan Azərbaycanın Qarabağda qayda-qanun yaratmaq və təşəbbüsə yiyələnmək siyasətini önləmək üçün sərhəddə bizə problem yaratmağa başlayıb. Məqsədləri diqqəti Qarabağdakı xaosdan sərhəddə yönəltməkdir ki, Azərbaycan bölgədə əməliyyat planını təxirə salsın. Tutaq ki, Qarabağda əməliyyat ləngidi, bu, nəyi dəyişəcək ki? İrəvanın və Qarabağdakı separatçıların “vaxt udmaq” taktikası nəticə verməyəcək. Hadisələr Azərbaycanın Qarabağın tamamını nəzarətə götürməsi üzrə inkişaf edir. Bunu sərhəddə yaradılan gərginlik də durdura bilməyəcək”.
- Bakının 4 rayonunda istinad divarları tikiləcək
- Kənar Dairəvi yolda ağır qəza: ölən var - Anbaan video
- Prezident bunun üçün 85 milyon manatdan artıq vəsait ayırdı
- Fəlsəfə doktoruna yüksək vəzifə verildi
- AAYDA-da 9 vəzifəli şəxs işdən çıxarıldı
- İmişlidə 39 yaşlı qadın facəvi şəkildə öldü
- “Şahdağ” oteli qardaşımındır - Deputat
- Bağça müəllimi bıçağı qızdırıb 3 yaşlı uşağın əlinə basıb? - Video