Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində un olan iki yük maşını (TIR) Ağdam-Xankəndi yolundadır.
BUTA.TV Report-a istinadən xəbər verir ki, içərisində 40 ton un olan TIR-lar avqustun 29-dan etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postu qarşısında gözləyir.
Ərazidə olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.
Hazırda yardımın erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.
Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yardım yola salınıb. Ağdam-Xankəndi yolu ilə aparılan yardım karvanında ilkin mərhələ üzrə 40 ton un var.
- Bakının 4 rayonunda istinad divarları tikiləcək
- Kənar Dairəvi yolda ağır qəza: ölən var - Anbaan video
- Prezident bunun üçün 85 milyon manatdan artıq vəsait ayırdı
- Fəlsəfə doktoruna yüksək vəzifə verildi
- AAYDA-da 9 vəzifəli şəxs işdən çıxarıldı
- İmişlidə 39 yaşlı qadın facəvi şəkildə öldü
- “Şahdağ” oteli qardaşımındır - Deputat
- Bağça müəllimi bıçağı qızdırıb 3 yaşlı uşağın əlinə basıb? - Video