Polşa və Baltikyanı ölkələr “Vaqner”in Belarusdan çıxarılmasını tələb etməzdən əvvəl əcnəbi hərbçiləri öz ərazilərindən çıxarmalıdırlar.
BUTA.TV xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Onlar o səviyyəyə eniblər ki, artıq “Vaqner”in Belarusdan çıxarılmasını tələb edirlər. Bununla yanaşı, özləri hərbi büdcələrini artırır, sərhədlərimizə iri qoşun bölmələrini yeridirlər. Cavab sadədir: Nə Polşada, nə də Baltikyanı ölkələrin ərazisində bir dənə də əcnəbi hərbi qulluqçu olmalı deyil. O zaman bizə ərazimizdəki xarici hərbi qüvvələrlə bağlı irad bildirə bilərlər. Hələlik isə bunlar əsassız və axmaq tələblərdir”, - Lukaşenko bildirib.
- Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı